FHN Xaçmaz rayonunda baş verən yanğınlar barədə məlumat yayıb

FHN Xaçmaz rayonunda baş verən yanğınlar barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Xaçmaz rayonunda baş verən yanğın hadisələri ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, rayonun Müqtədir qəsəbəsində dəniz kənarında 5 ha sahədə qamışlıq, Qadaşoba və Ağarəhimoba kəndlərinin ərazisində 12 ha sahədə kol-kos yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Rayonun Müşkür kəndində isə (rayon mərkəzindən 8 km aralı) 2 ha sahədə kol-kos və 40 ədəd meşə ağacı yanıb. Yaxınlıqda yerləşən meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə