Erməni deputatın etirazına tutarlı şapalaq

Erməni deputatın etirazına tutarlı şapalaq

Avronest parlament Assambleyasının Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitənin iclasında iştirak edən erməni derutatı Aram Safaryan Azərbaycanın təhsil naziri Misir Mərdanova sualla müraciət edib. SİA-nın verdiyi xəbərə görə, erməni deputat "Doğrudurmu ki, sizin məktəblərinizdə və dərsliklərinizdə ermənilərə düşmənçilik və nifrət hissləri təbliğ olunur? Əgər belə məsələlər varsa, onları ayrılıqda və ya digər formatda həll etməliyik. Həll etməliyik ki, gələcək nəsillər bir-birinə qarşılıqlı hörmət və tolerantlıq münasibətləri bəsləsinlər. Belə hesab edirəm ki, xalqlarımız və dövlətlərimiz arasında olan məlum münaqişənin həlli üçün də mühüm addım ola bilər" söyləyib.


Təhsil naziri Misir Mərdanov isə öz növbəsində bu kimi məsələləri bu cür tədbirlərdə və ya qısa bir zamanda həll etməyin mümkünsüz olduğunu bildirib: "Əslində bu məsələni mütəxəssislər bir araya gəlib, müvafiq araşdırma nəticəsində həll etməlidirlər. Bizim ölkədə Ermənistana və ermənilərə dost münasibət bəsləmək doğru deyil. Düşünün, Qarabağ münaqişəsi nəticəsində bir ailə tamamilə məhv olub və onun cəmi bircə üzvü qalıb. Ailənin həmin üzvü Ermənistana və ermənilərə necə dost münasibət göstərsin? Cəmiyyətlərimiz arasında çox ciddi uçurum var. Bugünkü tədbir də məhz bu uçurumu aradan qaldırmaq yolunda bir addımdır".

Təhsil naziri həmçinin, "Mən bilmirəm sizin kitablarda nə yazılır, eyni zamanda siz də bilmirsiniz ki, bizim kitablarda nə yazılıb. Odur ki, bu məsələyə bir günün və ya bir tədbir çərçivəsində çətin ki, cavab tapmaq mümkün olsun. Bu cür məsələlər mütəxəssislər arasında çox ciddi araşdırmalar tələb edir".


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə