Artur Rasizadə Litvanın xarici işlər naziri ilə görüşüb

Artur Rasizadə Litvanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə aprelin 2-də Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, Azərbaycanın baş naziri münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib. Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının iclasına uğurlar arzulayan Artur Rasizadə əldə olunacaq razılaşmaların qarşılıqlı iqtisadi əlaqələrdəki əhəmiyyətini vurğulayıb. Litvanın xarici işlər naziri Audronyus Ajubalis hazırda biznes əlaqələri üçün nadir şəraitin olduğunu nəzərə çatdırıb. Litvanın Azərbaycan ilə xüsusilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyən qonaq hazırda Azərbaycan Dövlət Neft Fondu ilə bir sıra danışıqların aparıldığını deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə