E. Məmmədyarov: \"Bu il Rusiya ilə münasibətlərimizin 20 illiyini qeyd edəcəyik”
"Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Bunun nəticəsində də bir milyon qaçqın və məcburi köçkünümüz var". SİA-nın verdiyi xəbərə görə, bunu Avronest Parlament Assambleyasının (PA) Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitənin iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Azərbaycan öz demokratik islahatlarını davam etdirir. Bizim qonşularımızla, eyni zamanda da Rusiya ilə əlaqələrimiz yaxşıdır. Aprelin 3-də biz bu ölkə ilə münasibətlərimizin 20 illiyin qeyd edəcəyik",- deyə E.Məmmədyarov qeyd edib.
Nazir həmçinin Azərbaycanın Gürcüstanla da münasibətlərinin yaxşı olduğunu söyləyib: Onun sözlərinə görə, ARDNŞ bu ölkədə ən böyük vergi ödəyicisidir. E. Məmmədyarov eyni zamanda Bakı-Tblisi-Qars dəmiryol xəttinin əhəmiyyətini də vurğulayıb. O bildirib ki, bu xətt üzrə birinci qatar Bakıdan bu ilin sonunda yola düşəcək.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB