FHN Bakıda internat məktəbində baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda internat məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan 2 saylı internat məktəbinin ümumi sahəsi 1450 kv.m olan ikimərtəbəli tədris korpusunun 1-ci mərtəbəsində dəhlizin və 2 otağın, 2-ci mərtəbənin və dam örtüyünün yanar konstruksiyaları ümumilikdə 650 kv.m sahədə yanıb. Tədris korpusunun qalan hissəsi və yaxınlıqda olan ikimərtəbəli yataq korpusu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB