Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru erməni deputatın sualını cavablandırıb
Avronest Parlament Assambleyasının (PA) Bakıda keçirilən II sessiyası çərçivəsində Enerji Təhlükəsizliyi üzrə Komitəsinin, Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitəsinin iclasında erməni deputat Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevə sual ünvanlayıb. SİA-nın verdiyi xəbərə görə, deputat Styopa Safaryan Azərbaycanın karbohidrogen ehtiyatları resurslarını ixrac etdiyini xatırladıb və soruşub ki, ölkəmizdə gələcəyə yönəlmiş digər sahələr üzrə hansı tendensiyalar müşahidə olunur?
Sualı cavablandıran Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov bildirib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahədə ciddi işlər görülüb. O cümlədən, təbii ehtiyatlardan daha da az, bərpa olunan alternativ enerji mənbələrindən isə tam şəkildə istifadə etmək məqsədilə bir müddət əvvəl Alternativ və Bərpa Olunan Eneryi Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.
Akim Bədəlov həmçinin qeyd edib ki, Qobustanda, Azərbaycanda və dünyada ilk dəfə olaraq hibrid tirli müasir günəş və külək elektrik stansiyası fəaliyyətə başlayıb.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB