Atəşkəs yenidən pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 1-də atəşkəs rejimini pozub. Erməni ordusu saat 10.45-dən 10.50-dək və 14.30-dan 14.35-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən, saat 10.15-dən 10.18-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 18.10-dan 18.15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə