Ombudsman İsveçin Azərbaycandakı səfiri ilə görüşüb

Ombudsman İsveçin Azərbaycandakı səfiri ilə görüşüb

Ombudsman Elmira Süleymanova İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson ilə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə E.Süleymanova insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər barədə məlumat verib.

Müvəkkil fəaliyyətində dövlət qurumları, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq əməkdaşlığa da önəm verdiyini vurğulamış, əməkdaşlıq üçün ümumi prioritetlərin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb. E.Süleymanova "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa müvəkkilin işgəncələrə qarşı milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edildiyini deyib.

Eyni zamanda "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası istiqamətində görülən işlərdən danışıb.

Səfir ombudsmanın insan hüquqları sahəsində səmərəli fəaliyyətini təqdir edib, bu təsisatla əməkdaşlığa önəm verdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə