Qırğızıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Qırğızıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Qırğızıstan Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri martın 31-də başa çatıb.

SİA-nın AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə