31 mart soyqırımı Rusiyada tarixçilərin dilindən səslənəcək

31 mart soyqırımı Rusiyada tarixçilərin dilindən səslənəcək

Sabah Rusiyanın Sank Peterburq şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı beynəlxaıq konfrans keçiriləcək. SİA-nın verdiyi məlumata görə, konfransda ölkəmizi Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun başçılıq etdiyi hümayəndə heyyəti təmsil edəcək. İnstitutun tarixci alimləri məruzə ilə çıxış edəcəklər.

Tarixçi alim Yaqub Mahmudovun SİA-ya verdiyi açıqlamasına görə, Rusiya və digər ölkələrin alimlərinin də iştirak edəcəyi konfransda Ermənilərin azərbaycanlılara eləcədə türklərə qarşı törətdikləri qanlı cinayətlərdən söhbət açılacaq. Tarixi faktlar konfrans iştirakçılarının diqqətinə çatdırılacaq: "Səfər çərçivəsində Azərbaycan arxivlərindən eləcədə dünyanın müxtəlif arxivlərindən aşkarlanan tarixi sənədlər eləcədə digər müxtəlif sənədlər konfrans iştirakçılarına təqdim ediləcək. Konfransda iştirak etməkdə əsas məqsəd Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq, eyni zamanda ermənilərin ölkəmizdə törətdikləri qətliyamların tək həyata keçirmədiklərini xüsusilədə sovet imperiyasının 31 mart soyqrımında birbaşa əli olduğunu açıq şəkildə bəyan etməkdir. Ümid edirik ki,səfər zamanı istədiyimiz məqsədə nail ola biləcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə