Muğanlı kəndinin sakinlərinə 55 hektar torpaq sahəsi ayrılıb

Muğanlı kəndinin sakinlərinə 55 hektar torpaq sahəsi ayrılıb

"Muğanlı kəndinin sakinlər üçün Şamaxının Meysəri kəndi yaxınlığında 55 hektar torpaq sahəsi ayrılacaq". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib. Nazir müavininin sözlərinə görə, Muğanlı kəndində yaşayış qeyri-mümkün olduğundan kənd sakinləri tamamilə köçürüləcək."İlkin mərhələdə qəzalı vəziyyətdə olan 46 evin sakinlərinin köçürülməsinə qərar verilib ki, tədricən bütün sakinlər yeni kəndə köçürüləcək. Hazırda araşdırmalar davam etdirilir ki, gələcəkdə kənddə başqa evlər də qəzalı vəziyyətə düşərsə, həmin evlərin sakinləri üçün Meysəridə ayrılan torpaq sahəsində yeni evlər tikilə bilər. Meysəri kəndinə yaxın ərazidə ayrılan torpaq sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının mütəxəssisləri tərəfindən bu gündən geoloji tədqiqat işlərinə başlanılıb. Bir həftə ərzində orada tikinti işlərinə başlamağın mümkün olub-olmaması barədə mütəxəssislərin rəyi açıqlanacaq. Rəy açıqlanandan sonra isə tikintinin layihələndirmə və maliyyələşdirmə işlərinə start veriləcək\", -deyə baş nazirin müavini bildirib.

Qeyd edək ki, ərazidə 46 ev, məktəb və tibb məntəqəsinin tikilməsi nəzərə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə