31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

Bu gün 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin rəhbəri (TUMİB) Çingiz Bayramov, millət vəkili Qənirə Paşayeva, Miras mədəni İrsin Öyrənilməsi İctimai Birliyinin sədri Fariz Xəlilov və digər nümayəndələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin rəhbəri Çingiz Bayramovun sözlərinə görə, bu günkü tədbir 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunub. TUMİB rəhbərinin sözlərinə görə, 1998-ci ildən etibarən Azərbaycanda martın 31-i dövlət səviyyəsində Soyqırımı Günü kimi qeyd olunur. Ç.Bayramov bu tarixin xalqımızın yaddaşında qanlı səhifələr kimi həkk olunduğunu deyir.

Tədbirdə söz alan Millət vəkili Qənirə Paşayeva tarixin müxtəlif dövrlərində olduğu kimi, 1988-ci ildə də ermənilər Azərbaycan xalqına qarşı torpaq iddiası irəli sürərək Azərbaycan xalqına qarşı soyqırımı törətdiklərindən danışdı. Onun fikirincə, bu cür tarixi faktlar yalnız ildönümləri zamanı deyil, adi günlərdə də, hər zaman yad edilməlidir. Bu zaman əsas məsuliyyət gənclərin üzərinə düşür. Çünki bu günün gənci gələcəkdə ölkənin aparıcı qüvvəsidir.

Qeyd edək ki, tədbirin sonunda qonaqlar mövzu ətrafında öz fikirlər və rəylərinin bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə