Qırğızıstanın Prezidenti Azərbaycanda rəsmi səfərdədir

Qırğızıstanın Prezidenti Azərbaycanda rəsmi səfərdədir
Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev martın 29-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğızıstan Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Almazbek Atambayev və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə