Kür və Arazın daşmasının nəticələrinin aradan qaldırılmasına 50 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda deyilir ki, Kür və Araz çaylarının daşması nəticəsində Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab rayonlarında və Şirvan şəhərində 27 yaşayış məntəqəsi, ümumilikdə 70 min hektar ərazi subasmaya məruz qalıb, minlərlə fərdi yaşayış evi, sosial obyektlər uçmuş və ya qəzalı vəziyyətə düşüb.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar görülmüş tədbirlər nəticəsində 5 yeni qəsəbə salınıb, 3 mindən artıq ev, yüzə yaxın sosial və infrastruktur obyekti tikilib və ya bərpa olunub, 5 min evdə təmir işləri aparılıb. Əmlaklarına və əkin sahələrinə dəymiş ziyana görə əhaliyə 20 milyon manat məbləğində kompensasiya ödənilib.
Bu istiqamətdə görülən işlərin davam etdirilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə tapşırılıb ki, Fövqəladə Hallar Nazirliyinə 50 milyon manat vəsaitin ayrılması üzrə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin ediləcək.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, sərəncamın icrası ilə bağlı müvafiq şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fərdi yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi işlərinin başa çatdırılmasını sürətləndirsin, sərəncamla bağlı görülmüş işlər barədə məlumatı üç ayda bir dəfə Azərbaycan prezidentinə təqdim edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB