Əli Həsənov: \"Azərbaycan-İran münasibətlərinin pozulmasında marağı olan ölkələr və dairələr var\" - MÜNASİBƏT
Azərbaycan dövlətinin ərazisindən İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç vaxt istifadə olunmayıb və olunmayacaq. SİA-nın verdiyi xəbərə görə, bu sözləri jurnalistlərə verdiyi açıqlamasında Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisi İsrailin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsini ayrı-ayrı dairələrin həyata keçirdiyi spekulyasiyalar adlandıraraq, məqsədin ara qarışdırmaq olduğunu bildirib.
\"İstər ayrı-ayrı müxalifət dairələri, istər onlara məxsus KİV, istərsə də hansısa beynəlxalq qurum və onlara məxsus mətbuat İran ətrafında olan mövcud vəziyyətdən istifadə edərək Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, iki dövlət arasında münasibətləri pozmaq, düşmənçilik yaratmaq istəyirlər. Bu məsələdə marağı olan ölkələr və dairələr var. Bu ölkələrə və dairələrə birmənalı şəkildə bildiririk ki, onların niyyəti baş tutmayacaq. Azərbaycanın, Ermənistan istisna olmaqla, İran və digər qonşu dövlətlərlə münsibətlərini korlamaq heç kimə nəsib olmayacaq\", - deyə Ə.Həsənov əlavə edib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB