ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 29-da qoşunların təmas xəttində monitorinq keçiriləcək. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumatına görə, monitorinqin Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki qoşunların təmas xəttində keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB