Prezident Banqladeş və Yunanıstan prezidentlərini təbrik edib

Prezident Banqladeş və Yunanıstan prezidentlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Zillur Rəhmana təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda deyilir: \"Banqladeş Xalq Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir\".

Dövlət başçısı Zillur Rəhmana ən xoş arzularını yetirib, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi diləyib.


Prezident həmçinin Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyası təbrik edib. \"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Əminəm ki, Azərbaycan-Yunanıstan münasibətlərinin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram\", - təbrikdə bildirilir


Bütün xəbərlər Facebook səhifəmizdə