MTN-nin bir qrup əməkdaşı təltif edilib

MTN-nin bir qrup əməkdaşı təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli \"Vətənə xidmətə görə\" ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

Mahmudov Vüqar İsa oğlu - mayor

\"Vətən uğrunda\" medalı ilə:

Cəfərov Mahir Sabir oğlu - mayor

Əliyev Elçin Ərsalan oğlu - polkovnik

Qasımov Vüqar Qurban oğlu - polkovnik-leytenant

Məmmədov Abdulla Əli oğlu - polkovnik-leytenant

Muradov Seymur Nurəddin oğlu - kapitan

Novruzov Azər Elşən oğlu - baş leytenant

Rəşidov Elşən Ələşrəf oğlu - baş leytenant

\"İgidliyə görə\" medalı ilə:

Əkbərov İsrafil Gülməmməd oğlu - baş leytenant

Hacıyev Rəhim Tarix oğlu - kapitan

Hüseynov Mübariz Əlikram oğlu - mayor

Mehdiyev Azər Söhrab oğlu - mayor

Rəsulov Rəsul Mösüm oğlu - polkovnik

Səfərli Hüseyn Rəşid oğlu - polkovnik-leytenant

Usubov Mütəllim Məhiş oğlu - polkovnik

\"Hərbi xidmətlərə görə\" medalı ilə:

Allahyarov Namiq Nurəli oğlu - baş leytenant

Dadaşov Əşrəf Əli İsa oğlu - polkovnik

Əliyev Bəxtiyar Cavanşir oğlu - kapitan

Nuriyev Faiq Məhrəddin oğlu - polkovnik

Pənahov Nurlan Əjdər oğlu - baş leytenant

Seyidova Aysel Miryusif qızı - baş leytenant

Şərifli Sənan Şərif oğlu - mayor

Dövlət başçısının digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələr verilib.

Sərəncamda qeyd edilir ki, Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:

Çovdarov Akif Teymurxan oğlu - Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi

Həmidov Nizaməddin Baba oğlu - Maddi-texniki Təminat Baş İdarəsinin rəisi

Quliyev Teymur Rəcəb oğlu - Monitorinq Mərkəzinin rəisi

Bütün xəbərlər Facebook səhifəmizdə