Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana və Azərbaycana səfər edəcək. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, səfər gələn həftə gerçəkləşəcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç Lavrovun aprelin 2-3-də Ermənistanda, 3-4-də Azərbaycanda olacağını açıqlayıb. Lukaşeviç Lavrovun Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini, iki ölkənin xarici işlər nazirləriylə müzakirələr aparacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB