9 il əvvəl qətl törədən şəxs həbs olunub

9 il əvvəl qətl törədən şəxs həbs olunub

9 il əvvəl qətl törədən şəxs həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, İdarənin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də 2003-cü ildən axtarışda olan 1969-cu il təvəllüdlü, əvəllər məhkum olunmuş, Bakı şəhərində qeydiyyatda olan Əliyev Miryusif Mirislam oğlu tutularaq, aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.

Əliyev Binəqədi rayonunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.2.1, 120.2.5, 120.2.11), hədə-qorxu ilə tələb etmə (182.3.2), banditizm (217.2) və qanunsuz olaraq odlu silah saxlama, əldə etmə, gəzdirmə (228.2.2-ci) maddələri ilə təqsirləndirilir.

Əliyev Miryusif 13 yanvar 2003-cü ildə Novruzov Rəşad Muğan oğlu və Nəsirov Ümid Kamal oğlu ilə cinayət əlaqəsinə girərək Məmmədov Knyaz Abbas oğlunu Nərimanov rayonu ərazisində oğurlayıb qətlə yetirməkdə şübhəli bilinir. 2003-cü ildə Novruzov Rəşad və Nəsirov Ümid yaxlanıb, Əliyev Miryusif barəsində həmin ildən axtrış elan olunub.

Qeyd edək ki,qətlə yetirilən Knyaz Məmmədov iş adamı olub.

Miryusif Əliyev bacısının əri Ümid Nəsirov və sabiq polis əməkdaşı Rəşad Novruzovla birlikdə məşhur iş adamı Knyaz Məmmədovu oğurlayıblar. Məmmədov onu oğurlayan şəxsləri tanıdığı üçün dəstə üzvləri cinayəti başa çatdıra bilməyib və Məmmədovu öldürüblər. Nəsirov və Novruzov məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə