Rasim Musabəyov: “Fransanın Avropa Birliyi ilə əvəzlənməsi əsas məsələdən diqqəti daha da yayındıra bilər” - MÖVQE

Rasim Musabəyov: “Fransanın Avropa Birliyi ilə əvəzlənməsi əsas məsələdən diqqəti daha da yayındıra bilər” - MÖVQE

\"Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının ATƏT-in Minsk qrupunda Fransanı Avropa Birliyi ilə (AB) əvəz etməsini nəzərdə tutan sənəd Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox şey dəyişməyəcək\". Milli məclisin üzvü, politoloq Rasim Musabəyov deyir ki, ATƏT dövlətləri birləşdirir, Avropa Birliyi isə dövlət deyil.

"ATƏT dövlətləri birləşdirir və Avropa Birliyi də ATƏT-in üzvü deyil. Burada yalnız belə variant mümkündür: Minsk qrupunun həmsədri kimi həm Fransa, həm də Avropa Birliyinə eyni zamanda mandat verilsin. Əslində isə bu heç nəyi dəyişmir", - deyə millət vəkili bildirib.

Bu əvəzləməni sual altında qoyan digər məqamların da olduğunu deyən Rasim Musabəyov bildirib ki, sözügedən sənədin Qarabağ münaqişəsinin həllinə təsiri olmayacaq: "Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyası ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişdirilməsi təklifini qəbul etməsi tövsiyə xarakteri daşıyır. Bu, sadəcə, prosedurları uzada, əsas məsələdən diqqəti daha da yayındıra bilər".

Qeyd edək ki, Qeyd edək ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında Avropa Birliyinin (AB) ATƏT-in Minsk qrupunda Fransanı əvəz etməsini nəzərdə tutan sənəd qəbul olunub. Sənəddə AB-nin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunda Fransanın mandatını əvəz etməsi təklif olunur. Ermənistanla bağlı digər məsələlərin də yer aldığı sənəd Avroparlamentin plenar iclasında səsverməyə çıxarılmalıdır. Sənədin Avroparlamentin müzakirəsinə bir ay sonra çıxarılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə