Ermənistan parlamenti ordunun ölkə daxilində istifadəsi ilə bağlı qanunu təsdiqləyib

Ermənistan parlamenti ordunun ölkə daxilində istifadəsi ilə bağlı qanunu təsdiqləyib

Ermənistan parlamenti ordunun ölkə daxilində istifadəsi ilə bağlı qanunu təsdiqləyib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan parlamenti qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.

131 millət vəkili təmsil olunan Ermənistan Milli Məclisinin 68 üzvü qanun layihəsinin lehinə səs verib. Belə ki, qanun fövqaladə vəziyyət şəraitində ordunun, daxili qoşunların fəaliyyətini tənzimlənən qaydalara əsasən, müdaxilə edilməsinə yol verir.

Qeyd edək ki, "Fövqəladə vəziyyətin hüquqi rejimi haqqında" qanun layihəsi prezident Serj Sarkisyan tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə