Argentina Senatında bu ölkənin Azərbaycanda Səfiriliyinin təsis edilməsini alqışlayan sənəd qəbul olunub
Argentina Senatında bu ölkənin Azərbaycanda Səfiriliyinin təsis edilməsini alqışlayan sənəd qəbul olunub. Azərbaycan Respublikasının Argentinadakı Səfirliyindən SİA-ya verilən məlumata əsasən, Argentina Milli Konqresinin yuxarı palatası olan Senat "Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina Səfirliyinin təsis edilməsinə məmnunluğun ifadə edilməsinə dair bəyanat" adlı sənəd qəbul etmişdir. Sənədin müəllifi Senatda Azərbaycanla dostluq qrupunun sədri senator Pablo Veranidir.
Xatırladaq ki, cari ilin 28 fevral tarixində Argentina prezidenti Krisitna Fernandez de Kirçner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalamışdır və 2 mart tarixində Azərbaycanda rəsmi səfərdə olmuş xarici işlər və etiqad naziri Hektor Timerman bu fərmanın surətini Azərbaycan hökumətinə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB