Mübariz Qurbanlı: “Müxalifətin mitinq keçirmək mədəniyyəti yoxdur” - AÇIQLAMA

Mübariz Qurbanlı: “Müxalifətin mitinq keçirmək mədəniyyəti yoxdur” - AÇIQLAMA

"Mitinqə toplaşan insanların sayı, tərkibi və burada çıxış edənlər bir daha göstərdi ki, həmin şəxslər Azərbaycanda mövcud olan qanunu pozublar. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı SİA-ya açıqlamasında deyib ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş bir sıra gənclər təşkilatlarının keçirdiyi mitinq müxalifət partiyalarında sosial bazanın olmadığını bir daha sübut etdi.

"Müxtəlif bəyanatlarla çoxsaylı gəncləri toplayacaqlarını bəyan etsələr də əslində orada çox az sayda həddindən artıq radikal və qeyri qanuni çıxışlara meyl göstərənlər toplaşmışdı. Onların çıxışları təhlil olunub nəticə çıxararaq "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu çərçivəsində məsələlərə yanaşılmalıdır. Mitinqlərdə səsləndirilən fikirlər qanuna uyğun olmadığı konkretləşdirilib araşdırılmalıdır", deyə millət vəkili bildirib.

Mübariz Qurbanlı vurğulayıb ki, bu hadisə bir daha bir daha onu göstərdiki, müxalifətin mitinq keçirmək mədəniyyəti yoxdur: "Müxalifətin sosial bazası zəif və məhdud olduğundan onun mitinqə cəlb etdiyi gənclərdə həmin sosial bazanın o hissəsini təşkil edir ki, onlar tam şəkildə qanuna zidd meyillidirlər, siyasi polemika aparmaq qabiliyyətinə malik deyillər. Onlar bütövlükdə cəmiyyətdə dialoq şəraitindən kənarda qalanlardır. Özlərinin mitinqdə söylədikləri fikirlər, onların siyasi səviyyəsinin bariz göstəricisidir. Yəni bütövlükdə bu hadisə müxalifəti həm siyasi prossesdə, həm də siyasi mübarizədə vasitə kimi mitinqdə də iştirakının nə qədər sönük, zəif , səviyyəsiz olduğunu bir daha göstərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə