Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və NATO-nun Maddi-Texniki Təchizat Agentliyi (NAMSA) arasında "Ceyrançöl" layihəsində əməkdaşlığa dair müqavilə imzalanıb. ANAMA-dan SİA-ya verilən məlumata görə, müqaviləyə uyğun olaraq NAMSA layihənin ümumi məbləğinin 50%-ni maliyyələşdirəcək. Maliyyələşmənin qalan 50%-i isə Azərbaycan hökuməti tərəfindən təmin olunacaq. Layihə üzrə hazırlıq işlərinə martın 26-dan start verilməsi nəzərdə tutulur. Ümumilikdə əməliyyatlara ANAMA-nın 45 nəfərə yaxın heyəti və 1 ədəd mexaniki minatəmizləmə maşınının cəlb olunması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB