Elmira Süleymanova əfv fərmanının icrası ilə bağlı cəzaçəkmə müəssisəsində olub

Elmira Süleymanova əfv fərmanının icrası ilə bağlı cəzaçəkmə müəssisəsində olub

"Bu əfv fərmanı humanist bir aktdır". SİA-nın verdiyi xəbərə görə, bu sözləri martın 15-də Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə bağlı 4 saylı qadın cəzaçəkmə müəssisəsində olan Ombudsman Elmira Süleymanova jurnalistlərə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin imzaladığı 51-ci əfv sərəncamı nəticəsində çoxlu sayda məhbus öz ailəsinə qovuşub: \"Bu çox humanist bir aktdır. Eyni zamanda insanların cəzalandırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsində çox böyük rolu vardır. Demək olar ki, bunun qadınlara, yeniyetmələrə şamil olunması daha böyük humanist yanaşmanın olmasından xəbər verir\".

O həmçinin bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan bu sərəncam bütün cəzaçəkmə müəssisələrində böyük həyəcana səbəb olub.

\"Bu gün cəzaçəkmə müəssisəsini daha da təkmilləşməsi istiqamətində böyük işlər görülür. Belə ki, cəzaçəkmə müəssisələrinə olan məhbusların hüquqları müdafiə olunur, tibbi yardım göstərilir, eyni zamanda ibadət yerləri yaradılıb. Demək olar ki, cəzaçəkmə müəssisələri daha da liberallaşıb\",-deyə ombudsman qeyd edib.



Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə