Vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb

Vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2012-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2012-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə 2012-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Nazirlər Kabinetinə sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə