Mübariz Ağayev Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib
Azərbaycan Respublikası Prezidenti yeni təyinatla bağlı Sərəncam imzalayıb. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, dövlət başçısı Mübariz Alı oğlu Ağayevi Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edib.
Qısa arayış:
Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Ucar rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya Institutunu bitirib. İxtisasca texnoloqdur.
1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illlərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində çalışıb.
2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2007-ci il tarixli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 4 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB