Salyan, Masallı və Astara rayonlarına Prezidentin ehtiyat fondundan iki milyon manat ayrılıb

Salyan, Masallı və Astara rayonlarına Prezidentin ehtiyat fondundan iki milyon manat ayrılıb

Azərbaycan Prezidenti Sərəncam imzalayıb


Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində Salyan, Masallı və Astara rayonlarında bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilib, yollar çəkilib, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib.

Dövlət başçısının imzaladığı Sərəncamda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınıb ki, Salyan, Masallı və Astara rayonlarının hər birinə Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılsın.


Bütün xəbərlər Facebook səhifəmizdə