Yunus Oğuz: “9 il ərzində Mətbuat Şurası kifayət qədər sanballı işləri ilə yadda qalıb”

Yunus Oğuz: “9 il ərzində Mətbuat Şurası kifayət qədər sanballı işləri ilə yadda qalıb”

\"Biz "Olaylar" qəzeti olaraq Azərbaycan Mətbuat Şurasının təsisçilərindən biri olmuşuq\". Bu fikirləri Mətbuat Şurasının yaranmasının ildönümü ilə bağlı SİA-ya açıqlamasında "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz səsləndirib. O, 2003-cü ilin mart 15-də keçirilən "Təsis Qurultayı"nda Mətbuat Şurasının yaradılmasına səs verdiklərini bildirib: "9 il ərzində Azərbaycan Mətbuat Şurası (MŞ) kifayət qədər sanballı işləri ilə yadda qalıb. Belə ki, reket qəzetlərinin üzə çıxması, aydınlaşması, onlara qarşı mübarizədə, əzilən-döyülən jurnalistlərin müdafiəsində, eləcə də yeni diffamasiya haqqında qanunların hazırlanmasında və s. işlərdə Mətbuat Şurasının xüsusi xidmətləri olub. Şuranın sədri Əflatun Amaşovun bu sahədə gördüyü işləri təqdirəlayiq bir hal kimi qiymətləndirmək lazımdır. Mətbuat Şurası elə bir qurumdur ki, hər zaman qəzet, Kütləvi İnformasiya Vasitələri (KİV) ora ümid yeri kimi yanaşıb. Ümid edirəm ki, gələcək də Mətbuat Şurasının uğurları daha geniş olacaq və Azərbaycanda dövlətə və millətə xidmət edən qəzet və jurnalistlərin sayı daha da artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə