Azərbaycan prezidenti Almaniya xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Almaniya xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelleni qəbul edib. SİA-nın məlumatına görə, Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin geniş sahələri əhatə etdiyini və yaxşı əməkdaşlığımızın mövcud olduğunu vurğulayan dövlət başçısı xarici işlər naziri G. Vestervellenin səfərinin tərəfdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, G. Vestervelle Azərbaycanda keçirdiyi görüşlər barədə prezident İ. Əliyevə məlumat verib. Diplomatik əlaqələrin bu il 20 ilinin tamam olduğunu vurğulayan Almaniyanın xarici işlər naziri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və bu çərçivədə ölkələr arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə