ABŞ Dövlət Departamenti: “Qarabağ münaqişəsinin hərbi üsulla həll yolu mövcud deyil”
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müharibədən söz gedə bilməz. SİA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Viktoria Nuland keçirdiyi brifinqdə səsləndirib.
O, qeyd edib ki, rəsmi Vaşinqton ATƏT-in Minsk Qrupunun həmsədri kimi sülh yolu ilə həllinə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə kömək etmək prinsiplərinə sadiq qalır: "Münaqişənin hərbi yolla həll yolu mövcud deyil. Biz tərəfləri əhalini müharibəyə deyil, sülhə hazırlamağa və hərbi ritorikadan çəkinməyə çağırırıq"-deyə, o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB