Almaniya xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı bəlli olub

Almaniya xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı bəlli olub

Sabah Almaniyanın xarici işlər naziri Guido Vestervellenin Azərbaycana rəsmi səfəri başlayır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər zamanı Guido Vestervellenin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, xarici işlər naziri cənab Elmar Məmmədyarov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşləri nəzərdə tutulur. XİN başçısı səfər çərçivəsində mətbuat konfransı keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə