Bölgələrdə bayram coşqusu yaşanır

Bölgələrdə bayram coşqusu yaşanır

Bölgələrdə bayram şənliklərinə başlanıb. Beyləqanda təşkil edilən bayram konserti milli adət-ənənələrimizi uyğun təşkil olunub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, keçirilən şənlikdə Novruz süfrələri açılır, bayram xonçaları hazırlanır. Bayram tədbirində biri at oynadır, digəri yun əyirib, nehrə çalxalayır, cavanlar isə meydana odun gətirərək böyük tonqal yandırmağa hazırlaşırlar.

Musiqi nömrələri ilə keçirilən konsertdə kimisi oxuyur kimisi isə oynayır. Milli adət-ənənələrimizi uyğun keçirilən bayram konserti hər kəsə xoş ovqat bəxş edib.


Bayram əhval-ruhiyyəsi yaşayan rayon sakinlərinin ən böyük arzusu növbəti belə bayram konsertlərin işğal edilmiş torpaqlarımızda Qarabağda keçirməkdir.


Qeyd edək ki, konsertin ən maraqlı hissəsi isə keçəl və kosanın meydana gəlməsindən sonra başladı. Bundan isə ən çox sevinən az yaşlı uşaqlardı.



Şamxal Cəliloğlu


Bütün xəbərlər Facebook səhifəmizdə