İlaxır çərşənbədə paytaxtın bəzi küçə və yolları bağlanacaq

İlaxır çərşənbədə paytaxtın bəzi küçə və yolları bağlanacaq
Bakıda ilaxır çərşənbə münasibətilə keçiriləcək bayram tədbiri ilə əlaqədar paytaxtın bəzi küçə və yolları bağlanacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, bayram tədbirinin keçirilməsi ilə əlaqədar olaraq martın 12-dən saat 21.00-dan martın 13-ü tədbir başa çatanadək paytaxtın İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Gənclər meydanı istiqamətinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Sürücülərdən xahiş olunur ki, bu istiqamətlərə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə