Almaniyanın xarici işlər naziri Bakıya gələcək

Almaniyanın xarici işlər naziri Bakıya gələcək

Almaniyanın xarici işlər naziri Qido Vestervelle martın 14-də Azərbaycana səfər edəcək. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, Qido Vestervelle Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşü planlaşdırılır. Səfər martın 15-də başa çatacaq. Almaniyanın xarici işlər naziri daha sonra Gürcüstan və Ermənistana səfər edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə