Bu gün Azərbaycan respublikası və İdman Nazirliyinin təşkilatçılığı ilə "Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE) beynəlxalq proqram üzrə "SİFE SİLK ROAD" liderlərinin beynəlxalq konfransı keçirilib. SİA-nın xəbərinə görə, Konfransı giriş nitqi ilə açan SİFE Wordwide-ın prezidenti Elvin (Alvin) Rohrs bildirib ki, "SİFE" dünyanın 39 ölkəsinin 1600 universitetini və 50.000-dən artıq tələbəsini birləşdirən beynəlxalq proqramdır.
Qeyd olunub ki, "SİFE" proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub və 1996-cı ildən bir çox ölkələrdə proqram üzrə milli yarışların keçirilməsinə başlayıb. 2001-ci ildən proqram üzrə Dünya Kuboku yarışları keçirilir və Azərbaycan komandaları 2006-cı ildən bu yarışlarda iştirak edir.
Bildirilib ki, SİFE proqramı üzrə yarışların keçirilməsində əsas məqsəd sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Daha sonar çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və digərləri bu sahədə görülmüş işlər haqqında qonaqlara ətraflı məlumat veriblər.
Daha sonar beynəlxalq konfrans çərçivəsində region ölkələrini təmsil edən tələbə komandaları həyata keçirdiyi layihələrə dair təqdimatlar aparıb.
Qeyd edək ki, martın 11-dən 15-dək Bakı şəhərində davam etdiriləcək beynəlxalq konfransın yekun günündə region ölkələrini təmsil edən 20 ali təhsil məktəbin SİFE komandaları öz aralarında əməkdaşlıq haqqında memorandum imzalayacaqlar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB