Prezident: \"Azərbaycanın gələcəyi gənclərin təhsilindən, milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır\"
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında ARGTMŞ sədri Fuad Muradov çıxış edib. SİA-nın verdiyi xəbərə görə, Fuad Muradov bildirib ki, xarici ölkələrdə 50-dən artıq Azərbaycan gənclər təşkilatı fəaliyyət göstərir.
Qurultayın Rəyasət Heyətinə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, PA-nın digər şöbə müdiri Elnur Aslanov, gənclər və idman naziri Azad Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov seçiliblər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin təsis qurultayına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, Azərbaycanın gələcəyi gənclərin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır: "Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. İnanıram ki, bu mötəbər tədbirin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaq".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB