Cümşüd Nuriyev: \"Özünü müsəlman adlandıran İran xristiyanların qardaşı statusunda çıxış edir\" - MÖVQE

Cümşüd Nuriyev: \"Özünü müsəlman adlandıran İran xristiyanların qardaşı statusunda çıxış edir\" - MÖVQE

Martın7-də İran, Azərbaycan, Türkiyə XİN-lərinin iştirakı ilə Naxçıvanda görüş keçirildi. Uzun müddətdir İranla Azərbaycan arazsındakı münasibətlərdəki gərginlik isə göz qabağındadır. Bu görüşün münasibətlərin taleyində hansısa dəyişiklikliyə, yaxud yaxınlaşmaya səbəb olub-olmayacağı barədə sualı, eyni zamanda digər aktual məsələləri siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev cavablandırıb.


- Cümşüd müəllim, İranla Ermənistanın sərhədində dostluq və sülh parkı salınması ilə bağlı razılığa gəlinib. İran-Azərbaycan münasibətlərinin gərginləşdiyi bu dövrdə bunu İranın növbəti antiazərbaycançılıq mövqeyi kimi qiymətləndirmək olarmı?

- Ümumiyyətlə, İranın Azərbaycana nə dəəcədə qısqanclıqla yanaşdığı hamımıza məlumdur. Bunu İranın Azərbaycana qarşı təbliğatı kimi adlandırmaq zəif ifadədir. Bunun arxasında fərqli faktlar var. Daha doğrusu, İranın addımlarında Ermənistanın qorunması üçün Rusiyanın yürütdüyü siyasəti görürəm. Xəzər dənizinin ümumi suları olan ərazisi vasitəsilə Rusiyadan İrana hər həftə müxtəlif məhsullar daşınır. İran üzərindən də bütün bunlar Ermənistana ötürülür. Çünki Azərbaycan-Ermənistan, Gürcüstan-Ermənistan, Rusiya-Gürcüstan münasibətləri gərgin olduğundan bu məqsədlə yalnız İrandan istifadə etməli olur. İranın oynadığı rol öz adına uyğun gəlmir. Yəni islam respublikasının 2 xristian dövləti arasında vasitəçilik rolu oynaması heç nəyə sığan deyil. Çox təəssüf ki, özünü İslam dünyasında müsəlmanların qardaşı adlandıran bir dövlət xristianların qardaşı statusunda çıxış edir. Maraqlı burasıdır ki, İranla Ermənistan arasında heç bir körpü yoxdur. Bu günə qədər də Ermənistana ötürülmək istənilən hər şey işğal altında olan Xudafərin körpüsü vasitəsilə həyata keçirilir. İran-Ermənistan sərhədləri boyunca bütün məntəqələrdə Ermənistanla yanaşı Rusiyanın da bayrağı dalğalanır. Dostluq parkı məsələsi bütün hallarda Azərbaycandakı çılğın sosioloji proseslərə əsaslanır. Yəni məqsəd Azərbaycandakı əhalini iqtidarın heç bir addım atmadığına dair həyəcana salmaq istəyirlər. Yəni daha açıq desək, bütün bunlar xalqla iqtidar arasında uçuruma hesablanmış addımlardır. Farslar tarixən bu cür siyasət yeridiblər. Lakin bir şeyi unutmamalıdırlar ki, 1921-ci ilə kimi - 1300 il ərzində İran dövlətini azərilər saxlayıb. Tarix boyunca İranı qoruyan xalqa qarşı onların bu cür məkrli siyasət yeritmələri də elə məhz bu qısqanclığın nəticəsidir. Bu cür niyyətlərin baş tutmasına yol verməməliyik. Dərk etməliyik ki, bütün bu addımlar bizə qarşı yönəlib və dosluq parkı yox, qardaşlıq qəbristanlığı da salsalar, biz əsl niyyəti bilməliyik.


- Martın 7-də Naxçıvanda Türkiyə, İran, Azərbaycan XİN-lərinin 3 tərəfli görüşü keçirilib. Görüş münasibətlərin yumşalmasında rol oynaya bilərmi?

- Sözün düzü, İranın belə bir addım atacağını inandırıcı görmürəm. Əvvəla, görüşdə həm Azərbaycan, həm də Türkiyə tərəfləri ölkələrindən heç bir dövlətə qarşı istifadə edilə bilməyəcəyini bəyan etdilər. Məhz bu bəyanatdan sonra ABŞ-ın İrana qarşı mövqeyi dəyişdi. Çünki ABŞ may ayında İrana girmək istəyirdi. Lakin Azərbaycan və Türkiyə müsəlman mövqeyindən çıxış edərək İranı qorudular. Amma İran o qədər məkrli siyasət yürüdür ki, bu gün hansısa proqnoz vermək çox çətindir. Özünü islam respublikası adlandıran İran Quranın qaydalarına riayət etməli olsa, onda gərək Ermənistanla heç bir əlaqəsi olmasın. Bu görüşdən sonra İrandan hansısa müsbət addımı gözləmək çətindir. İranda çox ciddi bir problem mövcuddur. Bu da dünyada çox məkrli siyasət yürütməsi və öz siyasətinin arxasında dura bilməməsidir.


- İsrail-Azərbaycan arasında 1,6 milyard dəyərində silah alqısı olub. Niyə bu məsələ Ermənistanı və ya Rusiyanı deyil, məhz İranı bu qədər narahat edir?

- Əslində İranı danışdıran danışdırır. İkincisi, həmin məsələnin Azərbaycan mətbuatında təntənəli şəkildə verilməsi özü elə dövlətçiliyə xəyanətdir. Silah alınması xəbərinin Azərbaycan mətbuatına çıxması Müdafiə Nazirliyinin səhvidir. Ümumiyyətlə, büdcədə bağlı bir bənd var, bu bənddə xərclənən pulu yalnız ali baş komandan bilir. Burada əsas məqsəd İsrail-Azərbaycan münasibətlərinin korlanmasıdır. İran əslində narahatçılıq keçirmir, sadəcə İran Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə çalışır. İran elə bir mövqedən çıxış edir ki, tamamilə Azərbaycanın daxilində baş verə biləcək ən mənfi hadisələrə çalışırlar sanki.

Bütün xəbərlər Facebook səhifəmizdə