Avropalı gənc liderlərlə görüş keçirildi

Avropalı gənc liderlərlə görüş keçirildi

Bu gün Gənclər üçün Təhsil Mərkəzində Avropada fəaliyyət göstərən 25-dən çox gənclər təşkilatının liderinin daxil olduğu nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, əsas məqsədi Azərbaycanda gənclər işi ilə tanış olmaq, fəal gənclər təşkilatları ilə əməkdaşlıq etmək və Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində tərəfdaşlıq imkanlarını dəyərləndirmək olan səfər iştirakçılarına ilk növbədə Mərkəzin ofisi təqdim edilib.

Daha sonra Mərkəzin icraçı direktoru Rasim Ağayev qonaqlara Mərkəz haqqında təqdimat etmiş və görülmüş işlər barədə məlumat vermişdir. O, Mərkəzin hazırda Avropanın 20-yə yaxın gənclər təşkilatı və QHT şəbəkəsi ilə əməkdaşlıq etdiyini bildirərək, Mərkəzin beynəlxalq layihələrin icrasında maraqlı olduğunu ifadə edib.

Qonaqlar mərkəz haqqında müxtəlif suallara cavab aldıqdan sonra, böyük məmnunluqla gələcək əməkdaşlıq barədə müzakirələr aparıblar. Səfər Avropa Birliyinin Gənclər Proqramı tərəfindən dəstəklənib.

Bütün xəbərlər Facebook səhifəmizdə