“Armavia” müflis olunduğunu elan etməyə hazırlaşır

“Armavia” müflis olunduğunu elan etməyə hazırlaşır

Ermənistanın milli aviadaşınmalarında xüsusi payı olan "Armavia" yaxın günlərdə özünün müflis olduğunu elan edəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu açıqlamasında şirkətin sahibi Mixail Baqdasarov bildirib.

Şirkət rəhbəri qeyd edib ki, əgər "Zvartnos" aeroportu xidməti 25 faiz ucuzlaşdırmasa iki-üç gündən sonra "Armavia" müflif olduğunu elan edib uçuşları dayandıracaq: "Biz gözlədik, əziyyət çəkdik, dözdük. Baxmayaraq ki, əvvəllər iqtisadi vəziyyət normal idi, onda dözə bilirdik. İndi isə ümumiyyətlə, ölkənin vəziyyəti pisdir. Ona görə də iqtisadi vəziyyətin stabilləşəcəyini söyləmək çətindir, şirkətimizin uğur əldə edəcəyini gözləmək isə ağılsızlıqdır. Maliyyə probleminə və dövlət şirkətinin dünya standartlarından 3 dəfə baha qiymətə xidmət göstərməsinə dözümümüz qalmayıb".


Bütün xəbərlər Facebook səhifəmizdə