Azərbaycanın Polşadakı səfiri Beynəlxalq İqtisadi Forumda çıxış edib
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşanın Torun şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumda çıxış edib.
Səfirlikdən SİA-ya verilən məlumata görə, səfir forum çərçivəsindəki "Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları" mövzusuna həsr olunmuş seminarda danışıb.
O, Azərbaycanın Avropaya inteqrasiya kursu seçdiyini, ötən illər ərzində Avropanın müvafiq strukturları ilə müvəffəqiyyətli əməkdaşlıq edildiyi barədə məlumat verib. Azərbaycanda ŞT proqramına böyük önəm verildiyi və bu çərçivədə tam və hərtərəfli əməkdaşlığa ümid edildiyi bildirilib.
Diplomat həmçinin regiondakı oxşar münaqişələrə fərqli münasibətin bəslənilməsinin doğru olmadığını qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan H. Həsənov Ermənistanın torpaqlarımızı hələ də işğal altında saxladığını və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu vurğulayıb: "Təcavüzkarla təcavüzün qurbanına eyni münasibətin göstərilməsi Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllini daha da çətinləşdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB