Səbail rayonunda Qadınlar üçün bayram tədbiri keçirilib - FOTOSESSİYA
Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq iştirakçıları gözəl bayram münasibəti ilə təbrik edib. Natiq 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verib. O bildirib ki, 101 il əvvəl Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.
Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı vəkili, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Bakının mərkəzi rayonu olan Səbail rayonunda əhalinin 51 faizini, yəni 46 min nəfərdən çoxunu qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Son bir neçə il ərzində rayonun təkcə təhsil müəssisələrində çalışan qadınlardan 30 nəfər əməkdar müəllim adına, 1 nəfər Prezident təqaüdünə, 19 nəfər müxtəlif orden və medallara layiq görülüb. Elm, təhsil, səhiyyə ocaqlarında yuzlərlə elmlər doktoru və elmlər namizədləri çalışır".
Səbail Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən qadınlara Səbail rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Tədbir populyar incəsənət ustalarının konserti ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB