Elmar Məmmədyarov Əhməd Davudoğlu ilə görüşüb

Elmar Məmmədyarov Əhməd Davudoğlu ilə görüşüb

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Xarici İşlər Naziri Əhməd Davudoğlu ilə Naxçıvan şəhərində görüş keçirib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir Elmar Məmmədyarov Azərbaycanın Türkiyənin dəstəyini davamlı şəkildə hiss etdiyini diqqətə çatdıraraq, iki qardaş ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib.

Tərəflər Naxçıvan görüşünün məhsuldar olduğunu və bu təmasların mütəmadi şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli əlaqələr, regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri və bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə