Əhməd Davudoğlu: \"Tərəflər Qafqazdakı münaqişələrin tezliklə həllini tapacağına ümid edir\" - MÜNASİBƏT
"Türkiyə, Azərbaycan və İran artıq regional əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atıb". SİA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Nazir qeyd edib ki, üçlü toplantı regional əlaqələrə müsbət təsir göstərir: "Növbəti aylarda 4 alt komitə toplanacaq. Eyni zamanda Vanda nazirlərin toplantısı ilə yanaşı, ayrıca üç ölkədən iş adamlarının iştirakı ilə toplantı keçiriləsi planlaşdırılır. Burada gömrük prosedurlarına da baxılacaq".
Nazir qeyd edib ki, tərəflər Qafqazdakı münaqişələrin tezliklə həllini tapacağına ümid edir: "Ümidvaram regional münaqişələr həll olunacaq. Xüsusilə, Dağlıq Qarbağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunacaq".
Əhməd Davudoğlu həmçinin Azərbaycan, İran vəTürkiyə XİN rəhbərlərinin üçtərəfli görüş formatının gələcəkdə genişlənmə perspektivini istisna etmir. Belə ki, gələcəkdə belə görüşlərə regionun digər ölkələri - Ermənistan, Gürcüstan və Rusiya da qoşula bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB