Xorvatiya Prezidenti Azərbaycana səfər edəcək

Xorvatiya Prezidenti Azərbaycana səfər edəcək

Xorvatiya Prezidenti İvo Yosipoviç Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, səfər martın 12-13-nə nəzərdə tutulub. Xorvatiya Prezidenti ölkə rəhbərliyi ilə rəsmi görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək.

Rəsmi səfəri zamanı bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir. Səfər çərçivəsində iki ölkənin işgüzar dairələrinin iştirakı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə