Elmira Süleymanova Milli Məclisdə məruzə ilə çıxış edib

Elmira Süleymanova Milli Məclisdə məruzə ilə çıxış edib

Milli Məclisin bu günkü iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkilli, Ombudsman Elmira Süleymanovanın məruzəsi dinlənilib. SİA-nın verdiyi xəbərə görə, məruzədə qeyd olunub ki, 2012-ci ildə yaranmasının 10 ili tamam olan ombudsman təsisatı ötən müddət ərzində dövlət qurumları, QHT-lər, KİV və icmalarla, eyni zamanda beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq şəraitində çalışıb. KİV ötən il insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçiliyə, bürokratik əngəllərə, məmur özbaşınalığına, zorakılığa, korrupsiyaya, vətəndaşların problemlərinə laqeyd münasibət, onların müraciət etmək hüququnu pozmağa qarşı fəaliyyət göstərib. Müvəkkil ilə aparatın əməkdaşları respublikanın müxtəlif yerlərində əhali ilə müntəzəm görüşlər keçirib, müvəqqəti saxlanma yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, səhiyyə və təhsil müəssisələrinə, uşaq, ahıl və əlillər evinə, internatlara, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə baxışlar keçirib, qəbullar təşkil edilib, insan hüquqları müdafiəsi məqsədi ilə lazımi tədbirlər görülüb.


Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına 75400 müraciət, 2011-ci ildə isə 12680 müraciət daxil olub ki, bu da 2010-cu il ilə müqayisədə 8, 7% çoxdur.


Qeyd edək ki, müraciətlərin 88,9%-i şikayətlərdən, 11, 4 %-i isə ərizələrdən ibarət olub.


Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə