Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, iclasda Gürcüstan prezidenti Mixail Saakaşvili də iştirak edib. Milli Məclisi açıq elan edən Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycan və Gürcüstan xalqının dostluq əlaqələrindən danışıb. O, eyni zamanda hər iki ölkə arasındakı strateji tərəfdaşlıq və hərtərəfli əlaqələrin olduğunu diqqətə çatdırıb. Milli Məclisin spikeri həmçinin qeyd edib ki, hər iki dövlət birgə layihələrə imza atıb: \"Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum-Qars kəməri bu layihələrdəndir. Eyni zamanda Bakı-Tibilisi-Qars dəmir yolunun da inşası davam etdirilir\".
O həmçinin bildirib ki, hər iki dövlət öz ərazilərinin işğalından əziyyət çəkir: \"Lakin beynəlxalq hüquq bizim tərəfimizdədir və biz inanırıq ki, bütün bu problemlər yaxın bir zamanda öz həllini tapacaq\".
Gürcüstan prezidenti Mixail Saakaşvilli də Milli Məclisdə çıxış edib. Azərbaycan və Gürcüstanın tarixi qonşuluq münasibətlərindən danışan Gürcüstan prezidenti bu əlaqələrin çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Gürcüstan prezidenti Azərbaycanın sürətli inkişafından və dünya ölkələrində nüfuzundan söz açıb. O, bildirib ki, Gürcüstan hər zaman Azərbaycanın uğurlarına sevinib.
Qeyd edək ki, Milli Məclisin iclası davam edir.
Cabir Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB