Müxalifət ölkəmizdə baş verən hər bir hadisədən öz məqsədləri üçün yararlanmağa çalışır. Bunun özü də müxalifətin gücsüzlüyündən xəbər verir. Bunu SİA-ya açıqlamasında Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib.
Onun sözlərinə görə, müxalifət cəmiyyət tərəfindən dəstəklənmir. Ona görə ki, artıq zəif qüvvəyə çevrilib: "Müxalifətin əsas məqsəd bu cür siyasi oyunlardan şou düzəldərək, gündəmdə qalmalarıdır. Uzun illərdir müxalifətdə təmsil olunan bu partiyalar yeni təşəbbüslər verə bilmirlər, artıq onların deyəcəkləri sözləri qalmayıb. ACP lideri, eks-spiker Rəsul Quliyevin okeanın o tayında oturub, Azərbaycanda baş verən hadisələrə münasibət bildirməsi ümumilikdə bütün cəmiyyətdə gülünc doğurur. R.Quliyev də müxalifətin bir parçasıdır. Onun da əsas məqsədi gündəmdə qalmaq üçün bu və ya digər vasitələrdən istifadə etməyə çalışmasıdır. Onlar ölkəmizdə yaranan və yaran biləcək bütün imkanlardan hər zaman faydalanmağa çalışıblar".
M.Səfərli deyib: "Ölkə prezidenti cənab İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə ölkədə mövcud olan bütün problemlər aradan qaldırılıb və bu istiqamətdə də işlər davam etdirilir. Azərbaycan respublikası günbəgün inkişafdadır və ölkə həyatının bütün sahələrində böyük irəliləyişlər əldə olunub. Təbii ki, belə olan təqdirdə müxalifət buna göz yuma bilmir və nəticədə bu cür hadisələri öz mənafeləri üçün istifadə edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB