Paytaxtda hava şəraiti yağmursuz olacaq

Paytaxtda hava şəraiti yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal küləyi günün ikinci yarısında mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında bu gün hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir. Martın 07-də Abşeron yarımadasında hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısınadək arabir güclənən şimal küləyi əsəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə